Qanunvericiliyə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Bildirilib ki, bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır:
"Lakin, təəssüf ki bəzi sürücülər havaların yağışlı, çiskinli olmasını bəhanə gətirərək avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə biganə yanaşır, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirməyə çalışırlar ki, bu da qətiyyən yolverilməzdir.
Dəyərli sürücülər! Unutmayaq ki, idarə etdiyimiz nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını təmiz saxlamaqla həm üzərimizə düşən vəzifəni yerinə yetirir, həm də ölkəmizdə sürücü intizamının yüksəlməsinə töhfə vermiş oluruq".
NİGAR
Oxu24.com
ŞƏRHLƏR