Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102362
az

Saçı və dırnağı zəif olub qırılanlar bu analizi versin

20:2307 Fevral, 2024
247
CƏMİYYƏT
  • A

Saçı, dırnağı quruyub tökülənlər, uzanmayanlar bahalı kosmetik vasitələr almazdan öncə, defisitləri müəyyən etsinlər.

OXU24.COM  xəbər verir ki, professor Kamil Bəxtiyarov saç və dırnaq problemlərində verilməli olan analizləri açıqlayıb:

"İlk növbədə vacib vitamin və mikroelementlərin səviyyəsi yoxlanmalıdır. Çünki hazırda hər ikinci insandan biri avitaminozdan əziyyət çəkir:

A, E, C, B qrup, D vitaminləri, sink, maqniy, dəmir və kalsium.

Daha sonra qanın ümumi analizi. Bədəndə infeksion və iltihabi prosesləri göstərəcək

Qalxanvari vəz və hormonal analiz
Qadınlar mütləq ginekoloq müayinəsinə yazılsın.

Çünki ginekoloji problemlər də polip, endometrioz, miomalar qanaxma verdiyi üçün anemiyaya səbəb olur.

Ola bilər dəri, saçlar və dırnaqlar güclü stress, depressiyaya görədir. O zaman psixoloq və nevroloq qəbulu mütləqdir.

40 yaşdan sonra kollagen çatışmazlığı da sümük, dırnaq, saç problemlərinə səbəb olur. O zaman keyfiyyətli kollagen tozları içmək olar".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müdafiə naziri türkiyəli həmkarına başsağlığı verdi
Sabiq ədliyyə naziri KOMAYA DÜŞDÜ -FOTO
Bu ölkədə ZƏHƏR QADAĞASI -İstila başladı, “siçovul taunu” yayılacaq