Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102358
az

Finlandiya prezidenti Rusiya ilə sərhəddə çətin vəziyyətlə  bağlı xəbərdarlıq edib

19:2407 Fevral, 2024
156
DÜNYA
  • A

Finlandiya prezidenti Sauli Niiniste bildirib ki, Rusiya ilə sərhəddə çətin yaza hazırlaşmaq lazımdır.

 

Oxu24.com  xəbər verir ki, bu barədə o, ölkə parlamentinin yaz sessiyasını açarkən müvafiq bəyanatla çıxış edib.

 

Dövlət başçısının sözlərinə görə, Rusiya Federasiyası guya insanlardan “Finlandiyanın sərhəd təhlükəsizliyini zəiflətmək, onun daxili milli nizamını pozmaq və nifaq salmaq cəhdlərində alət kimi istifadə edir”.

“Düşünürəm ki, hamımız bununla razılaşırıq. Sərhədlərimizə gələn insanların hansı əsasla seçildiyini bilmirik”, - Niiniste bildirib.

O qeyd edib ki, Finlandiya hakimiyyəti “mürəkkəb və ikili vəzifə ilə üz-üzədir: qanunların köməyinə necə müraciət etmək və onları necə qorumaq”.

“Yaxınlaşan bahar hər iki baxımdan bizə meydan oxuya bilər. Ola bilsin ki, müstəsna vaxtlar müstəsna düşüncə tələb edir. Eyni zamanda, biz hüquqi nizamın əsasını qorumalıyıq”, - Finlandiya lideri bildirib.

Bundan əvvəl “İlta-Sanomat” qəzeti mənbəyə istinadən yazıb ki, Helsinki Rusiya ilə sərhədin bağlanmasını uzatmaq niyyətindədir, Finlandiya hakimiyyəti bu qərarı fevralın 8-də ölkənin Nazirlər Kabinetinin iclasından sonra rəsmən elan edəcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi Finlandiyanı Qərbin Rusiyaya qarşı mübarizə aparan siyasətinə qoşulduğuna görə qınamışdı.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Güclü zəlzələ Türkiyəni SİLKƏLƏDİ
Tramp qılıncla səhnədə rəqs etdi -VİDEO
Arvadını sevindirmək üçün 4 minlik BUKET OĞURLADI