Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102333
az

Prezidentliyə namizəd Fuad Əliyev səs verib - FOTO

13:4007 Fevral, 2024
225
CƏMİYYƏT
  • A

Prezidentliyə namizəd Fuad Əliyev növbədənkənar prezident seçkilərində səs verib.

Oxu24.com  xəbər verir ki, o, 34 saylı Xətai II Seçki Dairəsinin 19 saylı seçki məntəqəsində səsvermə hüququndan istifadə edib.


Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu müəllimlərin də maaşı artacaq - RƏSMİ
Bakının bu küçəsi təmir olunur - VİDEO
Yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ