Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə raket zərbələri endirməsi nəticəsində 2 mülki şəxs ölüb, 10-dan çoxu yaralanıb.
Oxu24.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə səhifəsində yazıb.
O bildirib ki, fevralın 7-də Ukraynanın 6 bölgəsi Rusiyanın atəşinə məruz qalıb.
Dövlət başçısının sözlərinə görə, raket zərbələri nəticəsində yaşayış binaları dağılıb. Sakinlər dağıntılar altında qalıb.
Oxu24.com
ŞƏRHLƏR