Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102301
az

Barmaqlarımızla bağlı bilmədiyimiz ŞOK MƏLUMATLAR

23:1106 Fevral, 2024
742
MARAQLI
  • A

Ana bətnində olan dölə həm qadın, həm də kişi hormonları təsir edir. Qadın orqanizmi az miqdarda olsa da kişi hormonlarını ifraz edir.

Ana bətnində olduğu zaman dölə kişi hormonu (testosteron) və ya qadın hormonları (estrogenlər) daha az və ya daha çox təsir edə bilər. Bu uşağın ana bətnində inkişafına, onun müxtəlif orqan və sistemlərinin formalaşmasına təsir edir. Uşaq doğulanda isə bu onun xasiyyətində və sağlamlığında özünü büruzə verir.

Araşdırmalar göstərib ki, ana bətnində olarkən testosteronun (kişi hormonu) təsiri daha çox olduqda doğulan körpədə şəhadət barmağı adsız barmaqdan daha qısa, estrogenlərin (qadın hormonları) təsiri daha çox olduqda şəhadət barmağı adsız barmaqdan daha uzun olur.
Ətraflı

İndependent-in məlumatına görə, müxtəlif ölkələrdə aparılmış 200-dən artıq elmi araşdırma göstərib ki, barmaqların uzunluğu ilə bəzi xasiyyət və sağlamlıq göstəriciləri arasında əlaqə var.


Adsız barmaq şəhadət barmağından uzun olan insanlar (şəkildə A variantı) daha aqressiv olur, əksər hallarda öz məqsədlərinə çatır, daha çox pul qazanırlar. Uşaq vaxtı belə insanlar hiperaktiv olur və bu səbəbdən məktəbdə problemlərlə üzləşir. Lakin dəqiq elmlərdə (riyaziyyat, fizika və s.) onlar çox yaxşı nəticələr əldə edir. Bu qrup insanlar stressə daha davamlı olur, stress vəziyyətlərindən daha tez çıxır.

Adsız barmağı şəhadət barmağından qısa olan insanlar (şəkild b variantı) daha sülhsevər və sakit olur, konfliktlərdən qaçır, daha az pul qazanırlar. Bu insanlarda 1-ci qrup insanlarla müqayisədə ürək-damar sistemi xəstəliklərinə, depressiyalara daha tez-tez təsadüf edilir. Bu insanlar humanitar fənlərə (dillər, tarix və s.) daha çox meyil göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyamız haqqında 25 qısa fakt
Dinozavr ayaq izləri tapılıb
Bu adada yalnız pişiklər yaşayır— Sirli adanın maraqlı tarixçəsi + VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib