Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102298
az

Zəfər seçkisi – hərbi Qələbəmizin siyasi davamı...

23:0006 Fevral, 2024
443
ÖZƏL BÖLÜM
  • A

7 fevral 2024. Sıradan bir gün deyil. Zəfər seçkisinin keçiriləcəyi gündür. Son 100 ildə olub-bitmiş bütün seçkilərdən fərqlənir bu seçki. Tarixi seçkidir. Çünki əsrlik tarixi olan erməni separatizminə son qoyulmuş, suverenliyi tam bərpa olunmuş, bütün ölkə ərazisində keçirilən tam bir fərqli seçkidir.


Dərin tarixlərə varsaq, bir kitab qədər yazaq. Köşə yazısı üçün isə çox da uzağa getməyək, yaxın tariximizi xatırlatsaq, yetər mahiyyəti dəqiq anlatmaq üçün.
Qarabağımız işğal altında olduğu dövrdə Azərbaycanda keçirilən bütün seçkilərdə xaricdən müdaxilələr etməyə cəhdlər göstərilib, bir neçə inqilab cəhdlərinin qarşısı alınıb.
Açıq və əminliklə deyə bilərik, İlham Əliyev hakimiyyəti dövründə ölkədə inqilabları məhz Qarabağ ermənilərdə qalsın deyə həyata keçirmək istəyiblər. Bunun üçün nə cür oyun desəniz, istər seçkilərdə, istər hansısa həssas dönəmdə etdilər... Dövlətə təzyiqlər göstərdilər, şantajlar etdilər, yalan vədlər verdilər və sair.

Ancaq heç bir halda Azərbaycanı iradəsindən döndərə bilmədilər, Qarabağ siyasətimizi dəyişmələri mümkün olmadı.

Prezident, Ali Baş Komandan İlham Əliyev var gücü ilə çalışdı ki, Qarabağ məsələsi sülh yolu ilə həll olsun, ancaq buna dünya imkan vermədi. Nəhayət, 44 günlük müharibə ilə Qarabağımızı işğaldan azad etdik. Əlbəttə, bu uğurlu siyasətin, hərbi, diplomatik gedişin müəllifi, yol xəritəsini hazırlayanı və sərkərdəlik edəni İlham Əliyevdir.

 

Bunları niyə xatırladıram? İlham Əliyevin təbliğatı üçün yox. Zatən təbliğatına ehtiyac belə yoxdur.

Demək istədiyim odur ki, bu seçkinin Zəfər seçkisi adı almasını, tarixi seçki kimi qiymətləndirilməsi məhz onun siyasətinin nəticəsidir. Başqa sözlə desək, Zəfər seçkisi Qarabağ qələbəmizin siyasi, məntiqi davamıdır: 44 günlük müharibə ilə Böyük Qələbəyə nail olduq, Şuşaya bayraq sancdıq, Ermənistanı kapitulyasiyaya məcbur etdik, 10 noyabr Bəyanatına uyğun olaraq Kəlbəcəri, Ağdamı və Laçının əksər hissəsini döyüşsüz təhvil verdilər. Separatçı rejimə özlərini buraxmaq, rədd olmaq üçün verilən möhlət də sonsuzadək davam edə bilməzdi: 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri ilə Xankəndi, Ağdərə, Xocalı, Xocavəndin bir çox əraziləri də separatçılardan tam təmizləndi, suverenliyimiz, ərazi bütövlüyümüz tam təmin olundu. Reallıq onu tələb edirdi ki, bütün ölkəni əhatə edən Zəfər seçkisi keçirilməlidir. Və o tarixi günə, səsvermənin başlamasına saatlar qalır.

Bu seçki Azərbaycan xalqının ölkəmizin, Qələbəmizin bədxahlarına, xüsusən Qərbdəki, Avropadakı məkrli, hikkəli, erməniyanlı güclərə yerini göstərmək, həddini bildirmək üçün də mühüm bir şansdır, imkandır.

Qələbələrimizin, zəfərlərimizin siyasi müstəvidə davamı 7 fevralda seçki məntəqələrində olacaq.

Biz Qarabağ Zəfərini, ərazi bütövlüyümüzü, suverenliyimizi yumruq kimi birləşərək əldə etdik. Zəfər seçkisində də eyni kütləvliliklə, eyni ruhla, əzmlə iştirak etməliyik.
Bu dəfə səsimizi həm də Şuşada, Xankəndidə, Ağdamda, Cəbrayılda, Laçında, Füzulidə də verəcəyik!

Bu seçkidə məntəqələrə təkcə səs verməyə getmirik, Zəfərimizə zəhər qatmaq istəyənlərə cavab vermək, Qələbəmizin arxasında sonunadək dayanmaq üçün gedirik...

"Yeni Müsavat"

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Spirtli içki qəbul edib evini yandıran şəxs öldü - FOTO/YENİLƏNDİ