Fələstinin HƏMAS hərəkatının hərbi qanadı olan İzzəddin əl-Qəssam briqadasının döyüşçüləri Qəzza şəhərində İsrail ordusunun komandanlıq məntəqəsinin məhv edildiyini açıqlayıb.
Oxu24.com xəbər verir ki, "Əl-Qəssam Briqadaları Qəzza şəhərinin qərbindəki Tel əl-Hava bölgəsində düşmənin komanda məntəqəsini məhv etmək üçün minaatanlardan istifadə edib", - qrupun Teleqram kanalında yerləşdirilən mesajda deyilir.
Bundan əlavə, HƏMAS-ın silahlı qanadı iddia edir ki, onun üzvləri Xan Yunis (Qəzza zolağının cənubu) şəhərinin qərbindəki Əl-Həuz bölgəsindəki binada olan bir neçə İsrail əsgərini öldürüb və yaralayıblar.
Xəbərdə qeyd edildiyi kimi, İzzəddin əl-Qəssam briqadaları Xan Yunisin qərbində bir İsrail hərbi buldozerini və bir Merkava tankını məhv edib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR