Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10223
az

Bağçada 3 yaşlı uşaq ASILI HALDA TAPILDI - Səbəbi hər kəsi ŞOKA SALACAQ

22:4522 Fevral, 2019
970
DÜNYA
  • A
Uşaq bağçasının həyətində yaşanan hadisənin görüntüləri izləyənləri dəhşətə gətirib.

Oxu24.com xəbər verir ki, hadisə bağçanın həyətində quraşdırılan müşahidə kamerasına düşüb. Belə ki, uşaqlar həyətdə oynayarkən 3 yaşlı Kseniya pilləkəndən sallanmaq istəyib. Bu zaman əli sürüşüb və gödəkçəsinin papağından asılı vəziyyətdə qalıb. Boğulduğu üçün kömək də çağıra bilməyib. Azyaşlılar da ona fikir verməyib. Təxminən 2-3 dəqiqə asılı vəziyyətdə qalıb. Daha sonra tərbiyəçinin gözü asılı vəziyyətdə qalan Kseniyaya sataşıb. Tez özünü yetirən tərbiyəçi uşağı nərdivandan yerə düşürüb. Amma uşaq huşunu itirmiş vəziyyətdə olub. Xoşbəxtlikdən Kseniya ölümdən qurtula bilib.

Anasının sözlərinə görə, bağçaya gələndə müdir Kseniyanın başına gələnləri gizlətməyə çalışıb: "Mən bağçaya gələndə müdir özünü birtəhər aparırdı. Kseniyanın huşunu itirməsi barədə mənə heç nə demədi. Ertəsi gün öyrəndim ki, Kseniya 5-7 dəqiqə bağçanın koridorunda huşsuz vəziyyətdə uzanıb və təcili yardım çağırılıb".

Hazırda uşağın vəziyyəti normal olsa da, anası gələcəkdə bu hadisənin övladının sağlamlığına hər hansı təsirindən narahatdır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
Bakıdakı separatçılar ailələri ilə əlaqə saxladı
İçində uşaqlar olan qayıq çevrildi - ANBAAN VİDEO

“WhatsApp”a  yeni funksiya əlavə edilir

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR