Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102152
az

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

12:2205 Fevral, 2024
207
SON DƏQİQƏ
  • A

Tərtərdə heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır.

Bu barədə Oxu24.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, fevralın 5-də saat 11 radələrində əvvəllər təmas xətti olmuş Tərtər rayonunun Göyarx kəndi ərazisində baş vermiş mina partlayışı nəticəsində ərazidə heyvan otaran 1966-cı il təvəllüdlü Tərtər şəhər sakini Məmmədov Azər Əhməd oğlunun sol ayağından xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir, digər zəruri istintaq hərəkətləri aparılır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi də məlumat yayıb. Bildirilib ki, fevralın 5-də saat 11:45 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində mina partlayışı ilə bağlı polisə məlumat daxil olub. 1966-cı il təvəllüdlü Məmmədov Azər Əhməd oğlu heyvan otararkən minaya düşüb. O ayağından xəsarət alıb. Polis əməkdaşları tərəfindən vətəndaş xəstəxanaya təxliyyə edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sabah külək güclənəcək - SARI XƏBƏRDARLIQ
Ağadadaş Ağayev cinayət məsuliyyətinə cəlb olunub
Ukrayna pilotsuz təyyarələri hücuma keçdi

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilmək istədi