Bakıda 27 yaşlı qadın iki uşağıyla birlikdə itkin düşüb.
Oxu24.com-a daxil olan məlumata əsasən, bununla bağlı qadının həyat yoldaşı, 1986-cı il təvəllüdlü Nurəddin Qismət oğlu Eyvazov müraciət edib fevral ayının 20-si saat 16:00 radələrində Sabunçu rayon Polis Şöbəsinə müraciət edib.
Bildirib ki, həyat yoldaşı 1992-ci il təvəllüdlü Aysel Rafət qızı Rzazadə fevral ayının 18-də iki övladı – 2011-ci il təvəllüdlü Əli Eyvazov və 2014-cü il təvəllüdlü Xədicə Eyvazovayla birlikdə Sabunçu qəsəbəsində yerləşən 12 saylı uşaq poliklinikasına getdikdən sonra geri qayıtmayıb.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 12-ci PŞ-də araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR