Namibiya rəhbərinin səlahiyyətlərini icra edən, əvvəllər vitse-prezident vəzifəsində çalışmış Nangolo Mbumba prezident andı içib.
Oxu24.com xəbər verir ki, bu barədə Namibian Sun qəzeti X sosial şəbəkəsində məlumat yayıb.
Nəşr yazır: “Vitse-prezident Nangolo Mbumba respublikanın prezidenti kimi and içib.
Bundan əlavə, Namibiyanın yeni rəhbəri beynəlxalq əlaqələr və əməkdaşlıq naziri Netumbo Nandi-Ndaitvanı vitse-prezident təyin edib.
Xatırladaq ki, fevralın 4-də Namibiya prezidenti Heyq Qotfrid Qinqob 82 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR