Qaynar xətt:

(+99450) 247 90 86

Polşada pilotlara ölkədə mümkün hərbi əməliyyatlar barədə xəbərdarlıq edilib

DÜNYA

201

04.02.2024, 18:52

Polşanın şərqində ölkədə mümkün hərbi əməliyyatlar səbəbindən pilotlara xəbərdarlıq edilib.

 

Oxu24.com xəbər  verir  ki,  bu barədə Polşanın Hava Naviqasiya Agentliyinə istinadən məlumat yayıb.

 

"Hərbi tərəfin tələbi ilə Polşa Hava Naviqasiya Agentliyi uçuş heyətinə N604 / 2024 nömrəli bildiriş dərc edir. O, 5 fevral 2024-cü il saat 06.00-dan 5 may 2024-cü il saat 06.00-a qədər olan müddətdə hava məkanı istifadəçiləri üçün naviqasiya xəbərdarlığını təqdim edir." ,- deyə  mesajda deyilir.

Departamentin dərc etdiyi xəritədə xəbərdarlığın şərq sərhədi boyunca yerləşən ərazilər üçün verildiyi göstərilir. Xəbərdarlıq zonasının dərinliyi bir neçə yüz kilometrə çatır və xüsusilə Varşavaya təsir edir.

Polşanın Hava Naviqasiya Agentliyi qeyd edib ki, xəbərdarlıq mümkün hərbi əməliyyatlar və dövlət təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə bağlıdır.

Bundan əvvəl Polşa prokurorluğu ötən ilin sonunda ölkəyə uçan "Rusiya raketi" ilə bağlı vəziyyəti araşdırmağa başlayıb.

Əvvəllər Polşa Ukraynanın “bölünməsinə” hazırlaşmaqda şübhəli bilinirdi.

 

Nigar