Şair Rəbiqə Nazimqızı erotik şeirini paylaşıb.
Oxu24.com xəbər verir ki, xanım yazar paylaşımın əvvəlində “diqqət: 16+ yaşı olmayanların və ağlı 16 yaşından sonra inkişaf etməyənlərin oxuması qadağandır” bildirişini qeyd edib.
Həmin şeiri təqdim edirik:
Mən səni istəyirəm.
Soruşma ki yəni nə.
Qucaqla sıx köksünə
Pıçıldayım səninəm.
Gülümsə, dodağından
Üzümə işıq düşsün.
Qaranlığın köynəyi
Yarıyadək sürüşsün
Saçımda parıldasın
Əllərinin sancağı
Tələsmə, asta-asta
Oyat bu utancağı…
Dadı başqadı başqa,
Çiyələk öpüşlərin.
Ah, məni asta-asta
Yeyəcək öpüşlərin
Düymələri sayıb aç,
Axırdan birinciyə
Aldat guya ömründə
Təkəm, həm birinciyəm
Oxu24.com
ŞƏRHLƏR