İraqda 3 günlük matəm eln edilib.
Oxu24.com xəbər verir ki, bu barədə İraq Baş nazirliyi Mətbuat İdarəsindən verilən yazılı açıqlamada qeyd edilib.
"Baş nazir Məhəmməd Şia əl-Sudani silahlı qüvvələrimizdə şəhid olanların xatirəsinə bütün dövlət idarə və müəssisələrində 3 günlük ümumi matəm elan edilməsi barədə göstəriş verib",-deyə açıqlamada qeyd edilib.
Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bazanın hücumuna cavab olaraq İraq və Suriyadakı İran İnqilabı Keşikçiləri Korpusuna aid hədəflərə hava zərbələri endirib.
CENTCOM-dan verilən yazılı açıqlamada, Suriya və İraqda İran İnqilab Keşikçiləri Ordusu Qüds Gücü və ona bağlı milis qruplarına aid ən azı 85 hədəfin hava hücumları ilə vurulduğu bildirilib.
ABŞ-ın Tower 22 adlı bazasına edilən hücumda 3 Amerika əsgəri həlak olub, 40-dan çox əsgər yaralanıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR