İordaniya hərbi təyyarələri İraqdakı hava hücumlarında iştirak etməyib.
Oxu24.com xəbər verir ki, bu barədə Petra agentliyi İordaniya Silahlı Qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Jurnalistlərin bildirdiyinə görə, daha əvvəl bəzi KİV-lər İordaniya ordusunun təyyarələrinin İraq ərazisinin atəşə tutulmasında iştirak etdiyi barədə məlumat yayıblar.
“İordaniya təyyarələrinin Amerika təyyarələrinin İraqda həyata keçirdiyi əməliyyatlarda iştirakı ilə bağlı KİV-də yayılan xəbərlər həqiqətə uyğun deyil. İordaniya silahlı qüvvələri qardaş İraqın müstəqilliyinə hörmətlə yanaşır”, - mənbə bildirib.
Bundan əvvəl BMT-nin baş katibi Antonio Quterreş ABŞ-ın İraq və Suriyaya hərbi zərbələrindən sonra Yaxın Şərqdə münaqişənin mümkün kəskinləşməsindən ehtiyatlandığını bildirmişdi.
ABŞ silahlı qüvvələri ABŞ-ın İordaniyadakı bazasına pilotsuz təyyarənin hücumuna cavab olaraq fevralın 3-nə keçən gecə İraq və Suriyadakı hədəflərə zərbələr endirib. ABŞ pilotsuz təyyarələrlə komanda-nəzarət məntəqələrinə, kəşfiyyat mərkəzlərinə və anbarlara zərbələr endirib.
Bundan əvvəl ABŞ-ın İraq və Suriyaya endirdiyi zərbələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasının vaxtı məlum olub.
Nigar
Oxu24.com
ŞƏRHLƏR