Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102043
az

Türkiyədə zəlzələ qurbanlarına yeni evlərin açarları təqdim edilib

21:3103 Fevral, 2024
158
  • A

Ötən il respublikanın cənub-şərqində baş vermiş dağıdıcı zəlzələlərin qurbanları Türkiyə hökumətindən yeni evlərin açarlarını alıblar.

 

Oxu24.com  xəbər verir ki, mərasim Hatay vilayətində prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub.

Dövlət başçısının sözlərinə görə, 7275 vətəndaşa ev açarları təqdim olunub. O, həmçinin bildirib ki, iki ay ərzində zəlzələ zonasında 75 min evin tikintisi başa çatdırılıb, ilin sonuna kimi zərərçəkənlər üçün 200 min evin istifadəyə verilməsi planlaşdırılır.

 

Ötən il fevralın 6-da Türkiyənin cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş vermiş və geniş dağıntılara səbəb olmuşdu. Türkiyədə baş verən zəlzələdən sonra təkanlar Suriya, İran və bir sıra digər yaxın ölkələrdə də eşidilib.

 

Avqust ayında Türkiyənin aparıcı seysmoloqu Naci Görür ölkənin dağıdıcı zəlzələlər dövrünə qədəm qoyduğunu bildirmişdi. O, İstanbulda təhlükəli yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu xatırladıb və bu istiqamətdə ciddi işlərə başlamağı tövsiyə edib.

 

Bundan əvvəl yapon seysmoloqu Türkiyədə daha da güclü zəlzələ olacağını proqnozlaşdırmışdı.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Çində fövqəladə vəziyyət rejimi     tətbiq       edildi
Everest turistlər və alpinistlər    üçün    bağlandı
Qazaxıstan AZAL-ın qara qutularının məlumatları ilə bağlı açıqlama yaydı

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Səhiyyə Nazirliyindən yeni yayılan virusla bağlı- Açıqlama
Bakıda evlərdən oğurluq edən keçmiş    məhkum    tutuldu