"Şükür edirəm ki, Allah məni acgöz yaratmayıb. Pulu sevmək lazımdır, enerjisi var. Hər şey pulla qurulub. Pulun qızdırmasına dözə bilmişəm".
OXU24.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Ruhəngiz Allahverdiyeva "Elgizlə izlə" verilişində deyib. Müğənni qazandığı pullardan danışıb.
R.Allahverdiyeva aparıcı Elgiz Əkbərin "50 ildir oxuyursan, nəyin var? Bədbəxt... Nə pullar qazanmısan. Bir dəfə Moskvada gördüm, oturub çay içirdi. Bir neçə gün sonra yenə Rusiyada gördüm. Ayda 20 gün Moskvaya toya gedirdi. Eyni vaxtda Bakıda da toyu olurdu. Pulu xəzəl kimi qazanırdı. İndi heç nəyin yoxdur" sözlərinə belə cavab verib:
"Ürəyiaçıq olmaq, hər kəsə inanmaq lazım deyil. Xaricdə 1 dollar çıxardırlar, fikirləşirlər ki, bunu kiməsə niyə verirəm? Bizim süfrəmiz, qapımız, ürəyimiz, cibimiz açıqdır. Varım idi, oğurladılar. Həmin pullar mənim kəffarəm idi".
Oxu24.com
ŞƏRHLƏR