Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101987
az

Fransa Aİ-nin Ukraynaya 50 milyard avro ayırmaq qərarını pisləyib

18:3801 Fevral, 2024
104
DÜNYA
  • A

Fransalı siyasətçi, Vətənpərvərlər hərəkatının lideri Florian Filippot Avropa Birliyinin Ukraynaya 50 milyard avro köçürmə qərarını pisləyib və fikirlərini X sosial şəbəkəsində paylaşıb.

 

Oxu24.com  xəbər  verir  ki,“Frexit” (Fransanın Aİ-dən çıxması – redaktorun qeydi) hər zamankindən daha çox lazımdır!”, - deyə o yazıb.

 

O, Fransanın NATO-dan çıxmasına da münasibət bildirib.

Cümə axşamı Avropa Şurasının rəhbəri Çarlz Mişel Brüsseldə keçirilən sammitdə Aİ-nin 27 liderinin hamısının Ukraynaya 50 milyard avro ayırmağa razılaşdığını bildirib.

Bundan əvvəl Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Macarıstan Avropa Sülh Fondu vasitəsilə Aİ-nin Ukraynaya silah tədarükünün artırılmasına mane olmayıb, baxmayaraq ki, özü Kiyevi dəstəkləmək üçün vəsait ayırmaqdan imtina edib.

Daha sonra Avstriya Azadlıq Partiyasının nümayəndə heyətinə rəhbərlik edən Avropa Parlamentinin üzvü Harald Wilimski Aİ-nin Ukraynaya 50 milyard avro yardım ayırmasını siyasi birlik ölkələrinin vergi ödəyiciləri üçün pis xəbər adlandırıb.

Bundan əvvəl Aİ AK-nin Rusiya aktivlərindən əldə edilən gəlirdən Ukraynanı maliyyələşdirmək üçün istifadə etmək təklifini təsdiqləyib.

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Almaniya Daxili İşlər Nazirliyi ukraynalıları  çağırışdan xilas etməkdən imtina edib
Əl-Cəzirə İsraildəki filialının bağlanmasına münasibət bildirib
İspaniyada “Ölməz alay” aksiyası keçirilib

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü