Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101980
az

Çin Ukraynaya “beynəlxalq müharibənin sponsorları” siyahısı ilə bağlı xəbərdarlıq edib

17:5901 Fevral, 2024
108
DÜNYA
  • A

Çin Ukraynaya xəbərdarlıq edib ki, Kiyev ÇXR-in ondan çox şirkətini “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil etdiyinə görə ikitərəfli münasibətlər ciddi zədələnə bilər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

 

Agentlik mənbələrinin məlumatına görə, xəbərdarlıq Çin səfiri ilə Ukrayna hökumətinin yüksək rütbəli rəsmiləri arasında keçirilən görüş zamanı edilib.

“Səfir bildirib ki, bütün bunlar [qara siyahıdakı vəziyyət] ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər”, - Reuters mənbədən sitat gətirib.

Onun sözlərinə görə, Çin heç bir şərt və ya müddət irəli sürməyib, sadəcə olaraq “beynəlxalq müharibənin sponsorları” siyahısı ilə bağlı öz nöqteyi-nəzərini bildirib.

Başqa bir mənbə əlavə edib ki, Pekin bu məsələni Çinin Ukrayna taxılını alması ilə əlaqələndirməyə cəhd edə bilər.

Bundan əvvəl Ukraynanın Si Cinpini İsveçrədə keçiriləcək “sülh sammitinə” dəvət etdiyi bildirilirdi.

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, onlar Ukrayna ilə açıq əlaqə kanallarını saxlayıb, onunla hər iki dövlət üçün vacib olan məsələləri müzakirə ediblər.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kreml Özbəkistan prezidentinin Qələbə paradı üçün Moskvaya səfər edəcəyini açıqlayıb
Aİ Rusiyayay qarşı yeni  qadağa təklif edib
Polşa Ukraynaya qoşun göndərir? - RƏSMİ AÇIQLAMA

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Zeynəb Xanlarovanın qudası alimin dediklərini eşidib insult keçirib