Çin Ukraynaya xəbərdarlıq edib ki, Kiyev ÇXR-in ondan çox şirkətini “beynəlxalq müharibənin sponsorları” siyahısına daxil etdiyinə görə ikitərəfli münasibətlər ciddi zədələnə bilər.
Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentlik mənbələrinin məlumatına görə, xəbərdarlıq Çin səfiri ilə Ukrayna hökumətinin yüksək rütbəli rəsmiləri arasında keçirilən görüş zamanı edilib.
“Səfir bildirib ki, bütün bunlar [qara siyahıdakı vəziyyət] ikitərəfli münasibətlərə mənfi təsir göstərə bilər”, - Reuters mənbədən sitat gətirib.
Onun sözlərinə görə, Çin heç bir şərt və ya müddət irəli sürməyib, sadəcə olaraq “beynəlxalq müharibənin sponsorları” siyahısı ilə bağlı öz nöqteyi-nəzərini bildirib.
Başqa bir mənbə əlavə edib ki, Pekin bu məsələni Çinin Ukrayna taxılını alması ilə əlaqələndirməyə cəhd edə bilər.
Bundan əvvəl Ukraynanın Si Cinpini İsveçrədə keçiriləcək “sülh sammitinə” dəvət etdiyi bildirilirdi.
Bundan əvvəl Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, onlar Ukrayna ilə açıq əlaqə kanallarını saxlayıb, onunla hər iki dövlət üçün vacib olan məsələləri müzakirə ediblər.
Miri
Oxu24.com
ŞƏRHLƏR