Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101979
az

AB-nin Brüsseldəki qərargahını mindən çox traktor mühasirəyə alıb

17:5201 Fevral, 2024
196
DÜNYA
  • A

Fermerlərin etiraz aksiyası zamanı mindən çox traktor Avropa Birliyinin Brüsseldəki qərargahını tamamilə bağlayıb.

 

Oxu24.com xəbər  verir ki,Fevralın 1-də Avropa İttifaqının siyasətindən narazı qalan fermerlər Avropa Parlamenti qarşısında genişmiqyaslı etiraz aksiyası keçiriblər.

 

"Avropa İttifaqının qərargahı tamamilə bağlanıb. Küçələrin ortasında mindən çox traktor yerləşdirilib", - müxbir bildirib.

Avropa İttifaqı liderlərinin bir araya gəldiyi sammitin keçirildiyi yerin yaxınlığında nümayişçilər təkərlərdən tonqal yandırır.


Genişmiqyaslı fermer üsyanı artıq Fransada mağazalarda ərzaq qıtlığına səbəb olub. Belə ki, piştaxtalardan çörək, tərəvəz və ət yox olmağa başlayıb.

Etirazların fonunda Avropa Şurasının prezidenti Çarlz Mişel 27 Aİ ölkəsinin hamısının Ukraynaya 50 milyard avro dəyərində yeni yardım paketi ilə bağlı razılığa gəldiyini açıqlayıb.

Etirazlar zamanı Fransa prezidenti Emmanuel Makron hətta İsveç kralı və kraliçasının yanında dəbdəbəli qala şam yeməyinə də gedib.

 

 

Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə təyyarə qəzaya uğradı -Pilot yaralandı
Rusiya Ukraynanın hərbi     aerodromlarını      vurdu
Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+