Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşları içərisində 28 min manatdan çox qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən şəxsi saxlayıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri ilə yanvarın 25-nə keçən gecə şəhər ərazisində 28800 manat pul və qızıl-üzük olan seyfi oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş İmdad Məmmədov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR