Türkiyədə PKK/KCK silahlı terror təşkilatının Suriya uzantısı olan PYD/YPG tərkibində fəaliyyət göstərən 6 şübhəli Balıkəsirdə keçirilən əməliyyatla yaxalanıb.
Oxu24.com xəbər verir ki, İl Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları terror təşkilatı daxilində fəaliyyət göstərən şübhəlilərin müəyyən edilməsi üçün əməliyyat başlayıb.
Bu çərçivədə Suriya əsilli Nuri El A., Mecit EL A., Hammadi EL C., Yasir Halid E.A., İbrahim EL C., Eyhem El A. Balıkesirdəki əməliyyat zamanı saxlanılıb.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR