Hindistanın Mumbay şəhərinin hüquq-mühafizə orqanları Çinin xeyrinə casusluq şübhəsi ilə baytarlıq klinikasında səkkiz ay yatmış göyərçini azad etmək qərarına gəliblər.
Oxu24.com xəbər verir ki, Hindistanın PTI agentliyi məlumat yayıb.
Göyərçin 2023-cü ilin may ayında Mumbay şəhərinin kənarında tutulmuşdu.
Polisin məlumatına görə, quşun ayağında iki halqa olub: biri misdən, digəri isə alüminiumdan.
Qanadların daxili hissəsində çin dilində yazılar tapılıb. Bu səbəbdən göyərçin ÇXR-ə casusluq etməkdə şübhəli bilinirdi.
Polis araşdırma zamanı göyərçinin Tayvanın açıq sularında yarışa qatıldığını və belə tədbirlərin birində ölkədən uçaraq Hindistana endiyini aşkar edib.
Göyərçin yanvarın 30-da polisdən icazə alındıqdan sonra buraxılıb.
Müəllif: Miri
Oxu24.com
ŞƏRHLƏR