Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101907
az

İmran Xanla Qureşiyə hökm oxundu

16:5530 Yanvar, 2024
128
DÜNYA
  • A

Pakistanın keçmiş Baş naziri İmran Xan və sabiq XİN rəhbəri Şah Mahmud Qureşi ayrılıqda 10 il müddətinə azadlıqdan məhrum ediliblər.

“OXU24.COM ” xəbər verir ki, onlar dövlət sirrinin yayılması işi üzrə mühakimə olunublar.

Xatırladaq ki, İmran Xan 2018-2022-ci illərdə Pakistanın Baş naziri olub. Qureşi isə İmran Xan hökumətində xarici işlər naziri vəzifəsini icra edib. İ.Xan 2023-cü ilin avqustunda çirkli pulların yuyulması ittihamı ilə 3 il azadlıqdan məhrum edilib və təqribən 1,2 min dollar cərimələnib. 

Qeyd edək ki, ilk olaraq sözügedən işlə bağlı ötən ilin oktyabrında qapalı məhkəmə iclası zamanı Xan və Qureşiyə ittihamlar irəli sürülüb. Məhkəmə iclası “Adiala” həbsxanasında keçirilib. Həmin ilin noyabrında Pakistanın Ali Məhkəməsi keçmiş Baş nazir və XİN rəhbəri ilə bağlı məhkəmənin həbsxana ərazisində keçirilməsini qanunsuz adlandırıb və prosesin ictimaiyyət nümayəndələrinin iştirakı ilə açıq keçirilməsini tələb edib. Buna baxmayaraq, ölkə rəhbərliyi dinləmələri təhlükəsizlik baxımından məhkəmə zalında keçirməkdən imtina edib. 

Burada dövlət sirrinin yayılması işi dedikdə söhbət məxfi teleqramdan gedir. Həmin teleqramın məzmununda deyilirdi ki, ABŞ rəhbərliyi Pakistanın Baş nazirinin Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatla bağlı neytral mövqeyindən narazıdır. Bununla yanaşı, belə iddia edilir ki, ABŞ Pakistandan İmran Xanı Baş nazir vəzifəsindən uzaqlaşdırmasını tələb edir, əvəzində isə ölkə ilə daha yaxın münasibətlər qurmağı vəd edib. Teleqram isə ötən ilin əvvəlində Pakistanın Vaşinqtondakı səfiri vasitəsilə İslamabada göndərilib. 

İttiham aktında iddia edilib ki, İ.Xan və onun köməkçiləri teleqramın məzmununu səlahiyyətli olmayan şəxslərə açıqlayıblar və “özlərinin məxfi məqsədləri və şəxsi mənfəətləri üçün faktları təhrif ediblər”. Həmçinin qeyd olunub ki, keçmiş Baş nazir sənədin surətini qanunsuz olaraq saxlayıb. Hər iki siyasətçi məsələ ilə bağlı özünü təqsirli hesab etmir. 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Dinozavrlar geri qayıda bilərmi? - Elm adamları nə deyir?
Blinken Fidanla Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi