Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101880
az

İranda 4 nəfər edam edilib

15:3029 Yanvar, 2024
163
  • A

İranda İsrailin xeyrinə casusluq və respublikanın milli təhlükəsizliyini pozmaq üçün terror qruplaşması yaratmaq ittihamı ilə 4 nəfər edam edilib.

 

Oxu24.com  xəbər verir  ki, bu barədə İranın Mehr agentliyi İslam Respublikasının Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb.


Agentlik bildirib ki, İsrail kəşfiyyat agentliyi Mossad ilə əlaqəsi olan qrupun dörd üzvünə qarşı edam hökmü bazar ertəsi səhər icra olunub. Cinayətkarlar 2023-cü ildə İsfahan əyalətinin Nəcəfabad şəhərində raket zavodunda partlayıcı qurğu quraşdırmaq üzrə əməliyyat keçirmək ittihamı ilə həbs ediliblər. Onlar İraq Kürdüstanı vasitəsilə ölkəyə daxil olublar.

Qrup üzvləri Mossad tərəfindən Komala təşkilatının (İran Kommunist Partiyasının kürd qolu, İranda terror təşkilatı siyahısına salınmış) yüksək rütbəli üzvü vasitəsilə cəlb edilib. İran hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, bir sıra Afrika ölkələrində təlim düşərgələrində terrorçuların təlimi zamanı Mossadın rəhbəri Devid Barnea onlarla görüşüb.

Sentyabrın 17-də İslam İnqilab Məhkəməsi qruplaşma üzvlərini İsrail kəşfiyyatı ilə əməkdaşlıqda və terror qruplaşması yaratmaqda ittiham edərək edam cəzasına məhkum edib. İranın Ali Məhkəməsi apellyasiya şikayətini rədd edərək, inqilab məhkəməsinin hökmünü təsdiqləyib.

 

Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İndoneziya da BRİKS-ə     üzv      oldu
Almaniyada banka bıçaqlı hücum- Video
Rusiyada yeni təhsil sistemi- Bakalavr pilləsi ləğv edilir

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Vüqar Qurbanov bu xəstəxanaya baş həkim      təyin       etdi
Azərbaycanda DƏHŞƏT:Qollarını doğradı, sonra özünü asdı