Hazırda Ukrayna ordusunun gücü təxminən 880 min nəfərdir.
Oxu24.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ARD telekanalına müsahibəsində deyib.
Ordunun böyüklüyü ilə bağlı sualı cavablandıran “880 min nəfərimiz var, milyonluq ordumuz var” deyən o, eyni zamanda, hazırda 30 milyon insanımız işləyir, dəqiq rəqəm deyə bilmərəm. 6,5-7,5 milyon insan xaricə gedib, dəqiq rəqəm deyə bilmərəm”.
Ötən ilin dekabrında Zelenski Ukrayna Silahlı Qüvvələrinin quru qoşunlarında 600 min nəfərin xidmət etdiyini bildirib.
Keçmiş müdafiə naziri Aleksey Reznikov bir müddət əvvəl bildirmişdi ki, təhlükəsizlik və müdafiə sektorunda bir milyona yaxın adam iştirak edir, səfərbər olunanların sayı isə 700 min nəfərdir.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR