Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101867
az

Husilər ABŞ gəmisinə hücum edib

10:5829 Yanvar, 2024
168
DÜNYA
  • A

Husilər Ədən körfəzində ABŞ-ın “USS Lewis B. Puller” gəmisinə hücum etdiyini açıqlayıb.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə TASS yazır.

 

Qəzza zolağında İsrail və HƏMAS arasında müharibənin fonunda,

 

Yəmənin husi üsyançıları 2023-cü ilin oktyabr ayının əvvəlində Qırmızı dənizdə ticarət və hərbi gəmilərə hücum etməyə başladılar.

 

Bu məqsədlər üçün pilotsuz təyyarələr və raketlərdən istifadə olunur.

Husilər deyirlər ki, onlar yalnız İsrail limanlarına üz tutan və ya sahiblərinin İsraillə əlaqəsi olan gəmiləri hədəf alırlar. Lakin onların hərəkətləri beynəlxalq daşımalara mane olmağa başladı.

Bir sıra şirkətlər artıq gəmilərini Ədən körfəzini Qırmızı dənizə birləşdirən və dünya üçün mühüm gəmiçilik marşrutu olan Bab əl-Məndəb boğazından keçirməyəcəklərini açıqlayıb.

2024-cü il yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Hollandiya, Kanada, Avstraliya və Bəhreynin dəstəyi ilə Yəməndəki husi hədəflərinə kütləvi zərbələr endirib. ABŞ prezidenti Co Bayden bu addımı Husilərin xarici gəmilərə hücumlarına birbaşa cavab adlandırıb.

Bundan əvvəl husilər Qırmızı dənizdə ticarət gəmilərinə hər 12 saatdan bir hücum etmək niyyətində olduqlarını bəyan etmişdilər.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Türkiyədə təyyarə qəzaya uğradı -Pilot yaralandı
Rusiya Ukraynanın hərbi     aerodromlarını      vurdu
Ukraynanın hər yerində həyəcan     siqnalı        verilib

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY

18+