Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101834
az

Fransa UNRWA-ya maliyyələşdirməni müvəqqəti dayandırır

20:4828 Yanvar, 2024
135
DÜNYA
  • A

Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyini (UNRWA) maliyyələşdirməyi müvəqqəti dayandırıb.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə məlumat ölkənin Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

 

Qeyd olunur ki, bu qərar təşkilatın əməkdaşlarının radikal HƏMAS qruplaşmasının oktyabrın 7-də İsrail şəhərlərinə hücumunda iştirak etməsi ilə bağlı xəbərlər fonunda verilib.

 

Bundan əvvəl İsrailin xarici işlər naziri UNRWA-nı Fələstinin Həmas hərəkatı ilə əməkdaşlıq edən departament adlandırmışdı.

 

O, həmçinin bildirib ki, İsrail bir sıra Qərb ölkələrinin agentliyin maliyyələşdirilməsini dayandırmaq barədə qərarlarını alqışlayır və təşkilatın Qəzza zolağında fəaliyyətini tamamilə dayandırmağa sadiqdir.

 

Bu günə qədər Böyük Britaniya UNRWA-ya vəsait ayırmağı dayandırıb və Almaniya bunu etmək niyyətində olduğunu açıqlayıb.

 

Bundan əvvəl BMT UNRWA-ya qarşı HƏMAS ilə əlaqədə ittihamları şərh edib.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün Davos         sammiti      başlayır
Ukrayna Kazana hücum edib
Melaniya Tramp da öz “bitkoin”ini buraxdı

Fil qayasına necə getmək olar?— MARAQLI VİDEO

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
Bakıda 49 yaşlı kişi       sevincdən       öldü