Rusiyanın Saransk vilayətinin sakini yüksək musiqi üstündə mübahisə zamanı iki nəfəri öldürüb.
Oxu24.com xəbər verir ki, Mordoviya prokurorluğu cinayət işinin başlandığını elan edib
Yanvarın 27-nə keçən gecə 50 Let Oktyabrya prospektindəki 19 saylı yaşayış binasının yaxınlığında həlak olanların meyitləri aşkar edilib.
Əvvəllər 28 yaşlı kişi avtomobildə spirtli içki qəbul edib və yüksək səslə musiqi dinləyib. Bu, 43 yaşlı ev sakininin xoşuna gəlməyib.
“Küçəyə çıxaraq münaqişə fonunda kişi naməlum əşya ilə gəncləri vurub”, - deyə idarənin mətbuat xidməti Telegram kanalında bildirib.
Kişilər yerindəcə keçiniblər.
Müəllif: Nigar
Oxu24.com
ŞƏRHLƏR