ABŞ yaxın aylarda ölkə prezidenti ilə Çin lideri Si Cinpin arasında telefon danışığı etməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki, bu barədə ABŞ prezident administrasiyasına istinadən xəbər verir.
“Biz gözləyirik ki, bu yaz, yaxın aylarda [zəng] olsun. Hələlik konkret tarixlər yoxdur”, - ABŞ prezident administrasiyasının yüksək rütbəli rəsmisi bildirib.
Rəsmi izah edib ki, tərəflər Banqkokda ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan və Çinin xarici işlər naziri Vanq Yi arasında keçirilən görüşdə ABŞ və Çin arasında təmasları davam etdirmək barədə razılığa gəliblər.
Bundan əlavə, ABŞ dövlət katibi Entoni Blinkenin bu il Çinə səfər edəcəyi məlum olub. Dəqiq tarix hələ açıqlanmayıb.
Yanvarın 25-də ABŞ bəyan edib ki, dünyada Putin və Si Cinpinə hörmət artmaqdadır.
Yanvarın 23-də Tramp Baydeni Putin və Si Cinpinqdən fərqli adlandırıb.
Bundan əvvəl Çin və ABŞ nümayəndələri iki ölkə arasında dialoqu gücləndirməyə hazır olduqlarını bəyan ediblər.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR