Polşada sərnişinləri daşıyan avtobus yan üstə aşıb.
Oxu24.com xəbər verir ki, bu barədə lubelska.policja.gov.pl məlumat yayıb.
Qəza Ukrayna sərhədinə yaxın Qolub kəndi yaxınlığında baş verib.
“İlkin məlumatlara görə, Setra sürücüsü dönərkən idarəetməni itirib və nəticədə avtobus aşıb. Hadisə bu gün səhər saat 4 radələrində baş verib. Salonda 59 sərnişin və iki sürücü olub. Onların hamısı Ukrayna vətəndaşlarıdır. 20 nəfər xəstəxanaya çatdırılıb”, - məlumatda deyilir.
Polisin məlumatına görə, hazırda zərərçəkənlərin təhlükəsi yoxdur. Qalan sərnişinlərə isə qəzanın baş verdiyi şəhərin mərkəzində sığınacaq verilib.
Alkotesterin müayinəsi sürücülərin ayıq olduğunu göstərib. Polis əməkdaşları hadisə yerindədir.
Nigar
Oxu24.com
ŞƏRHLƏR