Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101779
az

Almaniyada ifrat sağçı partiyaya qarşı etirazlar keçirilib

11:3527 Yanvar, 2024
199
DÜNYA
  • A

Almaniyada ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) siyasi partiyasına qarşı kütləvi mitinqlər keçirilib və etirazçılar onu ölkəni fasiasiya etməkdə ittiham ediblər.

 

Oxu24.com  xəbər  verir  ki, bu barədə RİA Novosti yazır.

 

Mitinqlərdə yüz minlərlə insan iştirak edib.

 

Agentlik qeyd edir ki, Potsdamda keçirilən etiraz mitinqində Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Bärbock iştirak edib.

Nümayişlərə səbəb noyabr ayında AfD nümayəndələrinin bir sıra ifrat sağçı və neonasist təşkilatlarının rəhbərləri ilə gizli görüş keçirməsi, bu görüş zamanı reemiqrasiya planının təklif olunduğu, yəni KİV-də yer alan məlumatlar olub. Söhbət iştirakçıları Almaniyadan qaçqın statusu almaq üçün müraciət edən bütün şəxslərin, “yaşayış hüququ” olan əcnəbilərin, eləcə də “assimilyasiya olunmamış vətəndaşların” çıxarılmasını təklif ediblər.

Yanvarın 21-də Almaniyada 144 mindən çox insanın “Almaniya üçün Alternativ”ə etiraz etdiyi bildirilir. Polisin məlumatına görə, Hannoverdə nümayişə 35 min, Frankfurtda eyni sayda, Karlsruhedə 20 min, Halledə 16 min, Kasseldə 12 min, Ulmda 10 min, Koblenzdə 5 min, Frayburqda 5 min adam toplaşıb. 

Əvvəllər Almaniyada “Almaniya üçün Alternativlər” gənclər təşkilatı ekstremist kimi təsnif edilirdi.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tiflisdəki mitinqdə son vəziyyət: 1 polis yaralandı
Şarl Mişel səlahiyyətlərini təhvil verdi

Antalyada zəlzələ oldu

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu