Rusiya Daxili İşlər Nazirliyi xarici agent kimi tanınan yazıçı Boris Akunini (Qriqori Çxartişvili) axtarışa verib.
Oxu4.com xəbər verir ki, Cümə günü nazirliyin axtarış bazasında Akuninin məlumatları olan bir kart çıxdı.
Orada deyilir ki, 1956-cı il təvəllüdlü Qriqori Şalvoviç Çxartişvili Cinayət Məcəlləsinin maddəsi ilə axtarışdadır.
Dekabrın 18-də Rusiya İstintaq Komitəsi Akuninə qarşı cinayət işinin başlandığını elan edib. O, “terrorçuluğa açıq bəraət qazandırmaqda və Rusiya Silahlı Qüvvələrinin hərəkətləri barədə qəsdən yalan məlumat yaymaqda” (CM-nin 205.2, 207.3-cü maddəsi) şübhəli bilinir.
Rosfinmonitorinq yazıçını “ekstremist fəaliyyətdə və ya terrorizmdə iştirakı” barədə məlumat olan şəxslər və təşkilatların siyahısına daxil edib. Banklar bu siyahıdakı iştirakçıların vəsaitlərini dondurur və xidmətlərini dayandırır.
Həmçinin dekabr ayında AST nəşriyyatı Akunin və Dmitri Bıkovun (həmçinin Rusiyada xarici agent kimi tanınır) kitablarının yayımını dayandırmaq qərarına gəlib.
Müəllif:Afət
Oxu24.com
ŞƏRHLƏR