Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101741
az

Medianın İnkişafı Agentliyinin rəhbərliyinə yeni təyinat olub

16:3126 Yanvar, 2024
205
CƏMİYYƏT
  • A

Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının birinci iclası keçirilib.

Oxu24.com  xəbər verir ki, iclasda Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov, Müşahidə Şurasının üzvləri Vüqar Əliyev, Şəfəq Mehrəliyeva, Sevil Mikayılova, Elçin Şıxlı və Agentliyin İcraçı direktoru Əhməd İsmayılov iştirak ediblər.

İclası giriş sözü ilə açan Müşahidə Şurasının sədri Dağbəyi İsmayılov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mediasında islahatlar davam etməkdədir. Bu yeni mərhələdə medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması qarşıda duran əsas çağırışlardandır.

İclasda Medianın İnkişafı Agentliyinin 2023-cü il üzrə fəaliyyətinə dair illik hesabat Müşahidə Şurasının diqqətinə təqdim edilib və qəbul olunub, görülən işlər, habelə islahatların gələcək mərhələləri və perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonra Agentliyin Nizamnaməsinə uyğun olaraq İcraçı direktorun təqdimatı əsasında Natiq Məmmədlinin İcraçı direktorun müavini vəzifəsinə təyin edilməsi məsələsi səs verməyə çıxarılıb və təsdiq olunub.

Bununla yanaşı, Müşahidə Şurası Medianın İnkişafı Agentliyinin strukturunu təsdiqləyib və Agentliyin Naxçıvan Regional İdarəsinin yaradılması barədə qərar qəbul edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Masazırda uçqun: Ölən və yaralılar var
Baş nazir qərar İMZALADI
İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu