Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101740
az

"Bir neçə gün əvvəl xanımını atasıgilə aparıb..." - Əli və Sərxanın ölümünün TƏFƏRRÜATLARI

16:2426 Yanvar, 2024
316
CƏMİYYƏT
  • A

Bakının Nərimanov rayonu ərazisində ADA-nın tələbəsi və qardaşının dəm qazından boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.

 

Oxu24.com  “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Əli Asif oğlu Həsənov və 2002-ci il təvəllüdlü qardaşı Sərxan PY UA 38/10 ünvanındakı mənzildə kirayə yaşayırmış.

 

Belə ki, ikiotaqlı mənzilin bir otağında 23 yaşlı Əli yeni ailə qurduğu xanımla, digər otaqda isə Sərxan qalırmış. Hadisədən bir neçə gün əvvəl isə Əli Həsənov həyat yoldaşını atasıgilə aparıb. Bundan sonra – yanvarın 24-də yaxınları Əli və Sərxana zəng edərkən onların telefona cavab vermədiyini görərək narahat olublar. Qardaşların evə gələn qohumlarından biri pəncərəni qıraraq otağa daxil olub və gənclərin artıq vəfat etməsi məlum olub.

 

İlkin məlumata əsasən, hadisə evi isitmək üçün nəzərdə tutulan qızdırıcı qaz sobasından baş verib.

 

Vəfat edən qardaşlar əslən Tovuzdan olub, ailədə onlardan başqa 2 bacı da var. Onların nəşi dəfn edilmək üçün rayona aparılıb və qardaşlar bir az əvvəl Ağbulaq kəndində torpağa tapşırılıblar. 


 

Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

 

Qeyd edək ki, Əli Həsənov təxminən 3 ay əvvəl evlənibmiş. S.Həsənov isə Sumqayıt şəhərindəki Həzi Aslanov adına 22 nömrəli tam orta məktəbi qızıl medalla bitirdikdən sonra 2019-cu ildə qəbul imtahanlarında 696 bal toplayaraq III qrup üzrə ölkə birincisi olaraq ADA Universitetinin Hüquq fakültəsinə daxil olubmuş. IV kurs tələbəsi olan Sərxan Prezident təqaüdçüsü imiş.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Küləyin sürəti Bakı və Abşeron yarımadasında 27 m/s təşkil edir -FAKTİKİ HAVA
Müsabiqə elan olundu: Qalibə 1500 manat veriləcək
İki hərbçimiz həlak oldu

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı