Xəbər verdiyimiz kimi, ötən gün "Atv" kanalında yayımlanan "Bizimləsən" proqramı aparıcı Zaur Baxşəliyev özünü pis hiss etdiyi üçün yarımçıq dayandırılıb.
OXU24.COM xəbər verir ki, aparıcı bununla bağlı sosial media hesabında paylaşım edib. Zaur hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb:
"Dünən çox narahat idim. Səhhətimdəki problemlə bağlı verilişi dayandırmaq məcburiyyətində qaldım. Gördüm ki, təzyiqim o qədər yüksəlib ki, proqramı aparmaq mümkün deyil .Bu gün yenidən sizinlə bərabər olacayıq. Dünən sadəcə yarımçıq dayandıqmaq məcburiyyətində idim. Diqqətinizə, sevginizə, dualarınıza görə çox sağolun. Sevən-sevməyən hər kəsə minnətdaram. Allah heç kimi sağlamlığı ilə sınağa şəkməsin".
Oxu24.com
ŞƏRHLƏR