Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101711
az

Rusiyaya atılan raketlər vuruldu

22:4225 Yanvar, 2024
146
DÜNYA
  • A

Rusiya Müdafiə Nazirliyi Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Belqorod vilayətində iki raketi vurduğunu bildirib.

 

Oxu24.com xəbər  verir  ki,“Bu gün saat 20.30 radələrində Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki hədəflərə qarşı terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - məlumatda deyilir.

Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin RM-70 Vampire reaktiv yaylım atəşi sistemlərindən istifadə etdiyini vurğulayıb.

Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov da öz Teleqram kanalında hava hücumundan müdafiə sistemlərinin Krasnıy Kutok kəndi üzərində iki hava hədəfini vurduğunu bildirib.

"Əməliyyat xidmətləri yerlərdə fəsadlar barədə məlumatları dəqiqləşdirir. İlkin məlumata görə, tələfat və dağıntı yoxdur", - o qeyd edib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi yanvarın 24-ü axşam saatlarında Bryansk vilayətində Ukraynaya məxsus 3 pilotsuz təyyarənin vurulduğunu bildirib.

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsraillilər 10 milyon oldu
Ukraynada müəssisə rəhbərinin otağında partlayış olub, 3 nəfər ölüb
Paşinyanın keçmiş tərəfdaşları ona qarşı birləşir

Evə girən ayı görün harada yatdı

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Pirotexniki vasitələr    satanlar    tutuldu