Xəbər verdiyimiz kimi "ATV" telekanalında yayımlanan "Bizimləsən" proqramının efir yayımı yarımçıq dayandırılıb.
Manset.az məsələ ilə bağlı ATV kanalının bədii şurasının rəhbəri Etibar Babayevlə əlaqə saxlayıb.
O, doğru qərarın verildiyini bildirib:
"Yayımın dayandırılması ilə bağlı qərar mənim iştirakım olmadan verilib. Əgər efirdə qeyri-etik ifadələr işlədildiyinə görə verilişi bağlayıblarsa, doğru ediblər. Yəgin ki, bu, ATV-nin rəhbərliyinin mövqeyidir".
Qeyd edək ki, bu gün "Bizimləsən" verilişinin yayımı zamanı efirdə qeyri-etik hərəkətlərə yol verilib. Baş verən bu hadisədən sonra "Bizimləsən" proqramının efiri yarıda dayandırılıb.
Oxu24.com
ŞƏRHLƏR