Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101686
az

Ermənipərəst qurumun "azərbaycanlı mənsubları" - Onları narahat edən nədir?

18:5525 Yanvar, 2024
164
DÜNYA
  • A

Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi, Xocalı, Xankəndiyə bayraq sancılması görünür təkcə Avropa Şurasını narahat etmir. Buna qıcıqlananlar arasında uzun müddət Xankəndi, Xocalının adından istifadə edərək "şou göstərən", bu yolla cəmiyyətdə fikir ayrılığı formalaşdıranlar da var. Hansı ki, bu şəxslər Amerikadan, Avropadan pul alaraq ölkədə baş verən prosesləri öz istədikləri və ya onlara tapşırılan formada təqdim edərək insanlarda çaşqınlıq yaradıblar.

Qələbəmizə kölgə salmaq üçün əlindən gələni edənlər sırasında xüsusi yer tutan müxalifət üzvləri indi də Azərbaycanın AŞPA ilə bağlı bəyanatını müzakirə etməyə başlayıblar. Onların iddiasına görə ölkəmizin AŞPA-nı tərk etməsinin nəticələri yaxşı olmayacaq. Müsavat Partiyasının sədri Arif Hacılı Azərbaycanın AŞPA ilə dəyişən münasibətlərinin mümkün ciddi nəticələri olacağı barədə xəbərdarlıq edib. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli "Facebook"da narahatlığını bildirib. Onun iddiasına görə biz Avropadan uzaqlaşdıqca, Ermənistanın dostları artacaq. Kərimli anti-Avropa siyasətinin potensial nəticələrini sadalayıb, iqtisadi vəziyyətin pisləşəcəyini, Azərbaycanın Şimali Koreya kimi bir ölkəyə çevriləcəyini, xarici kreditlərin, maddi yardımın məhdudlaşacağını, Avropaya gedən Azərbaycan vətəndaşları üçün viza məhdudiyyətləri tətbiq ediləcəyini ehtimal edib.

Göründüyü kimi, artıq onlar deməyə söz tapmırlar, bəhanələr uydura bilmirlər. Bir müddət əvvəl yazmağa söz tapmayıb qoyun-quzu məsələsi ilə diqqət çəkməyə çalışan bu "siyasətçilər" indi də bu məsələni öz istədikləri kimi şərh edirlər. 

Məlum olduğu kimi, AŞPA ilə münasibətlər onsuz da yaxşı deyildi. Son illər ərzində demək olar ki, ayda bir-iki dəfə bu qurum anti-Azərbaycan mövqeyini üzə çıxarırdı. İllərlə Ermənistanın işğalına göz yuman AŞPA ancaq Azərbaycanın əleyhinə qərarlar qəbul edirdi. 

Uzun müddətdir ki, Azərbaycan ilə AŞPA arasında gərginləşən münasibətlər dünən pik həddə çatdı. Azərbaycan nümayəndə heyəti AŞPA-nı tərk etdiyini elan etdi. Avropa Şurasında qalan ölkəmiz bu qurumun Parlament Assambleyası ilə əlaqəni kəsdi.

Son olaraq qeyd edim ki, AŞPA-nın bu qərarı rəsmi Bakının Avropa Şurası, Avropa İttifaqı ilə tərəfdaşlığına mənfi təsir etməyəcək. Hətta, Azərbaycan inkişaf etmiş dövlətlərlə, Qərblə işbirliyini daha da aktivləşdirəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp yeni kripto yaradır
Trampdan ŞOK TƏKLİF: Avropa bu ölkəyə qoşun yeritsin
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu - Foto

Qırmızı dodaqlı yarasa balığı - Heyvanlar aləmi

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Metroda qadının    pulqabısı     oğurlandı