Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101667
az

Səhiyyə Nazirliyinin “Elektron Resept” linki istifadəyə verilib

11:4525 Yanvar, 2024
124
CƏMİYYƏT
  • A

Səhiyyə Nazirliyinin rəsmi internet portalında “Elektron Resept” linki istifadəyə verilib.

Nazirlikdən  verilən məlumata görə, istifadəyə verilən “Elektron Resept” sistemi ilə bağlı əhali və tibb işçiləri arasında maarifləndirmənin daha da genişləndirilməsi, istifadəsinin əlçatanlığının təmin olunması üçün nazirliyin rəsmi internet resursu olan sehiyye.gov.az portalında xüsusi link yaradılıb.

Linkdə pasiyentlər və həkimlər üçün “Elektron Resept” sistemi ilə bağlı videotəlimatlar yerləşdirilib. Bu videotəlimatlar vasitəsilə həkim və pasiyentlər rahat, tam aydın tərzdə “Elektron Resept”dən yararlanma qaydaları ilə tanış ola bilərlər.

Eyni zamanda, linkdə yerləşdirilən QR kodlar vasitəsi ilə mobil cihazlardan istifadə edərək “Elektron Resept” sisteminə daxil olmaq mümkündür.

Linkin istifadəyə verilməsində əsas məqsəd “Elektron Resept” sistemi barədə pasiyent və həkimlər arasında məlumatlılığın təmin edilməsi, sistemin istifadəsinin optimallığının artırılması və bu sahədə məmnunluğun təmin edilməsidir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə ilə dənizçilərin diplomları qarşılıqlı tanınacaq
Boşanmaq istəyənlər 15 dollar ödəyəcək – Yeni qanun
Cavanşir körpüsündə son vəziyyət