Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101655
az

Əsl vaxtıdır: Soyuqda oynaqlarınız ağrıyırsa, bunları yeyin

23:1924 Yanvar, 2024
461
TİBB
  • A

Hava dəyişiləndə sizin oynaqlarınız ağrımağa başlayırsa, onları düzgün "yedizdirməyə" çalışın. Bəzi qidalı maddələr, vitaminlər və minerallar oynaqlarımızın sağlamlığı üçün çox vacibdir.

Bu maddələrlə zəngin olan qidaları daha tez-tez qəbul etməyə çalışın.


- Zülal orqanizm üçün olduqca vacibdir. Zülal orqanizmdə "tikinti" funksiyanı yerinə yetirir, zülal toxumaların və o, cümlədən, qığırdaq toxumasının bərpasında iştirak edir.

Oynaqlar üçün xeyirli olan zülal mənbələri: toyuq, balıq, yumurta. Həmçinin ətin tərkibində birləşdirici toxumanın bərpası üçün çox vacib olan sink mineralı var.

- C vitamini kollagen toxumasının sintezində iştirak edir, oynaqların davamlılığını və möhkəmliyini artırır, oynaqda iltihabı azaldır.

C vitamini mənbələri: itburnu, qara qarağat, sitrus meyvələri, kələm, bolqar bibəri.

- Kükürd qığırdaqların tərkibinə daxildir.

Kükürd mənbələri: kələm, soğan, lobya, noxud, alma, sarımsaq və həmçinin mal əti, balıq, yumurta.

Qığırdaq toxumasının sağlamlığına tərkibində jelatin olan məhsullar (xaş, kisel, jele) çox yaxşı təsir edir. Bu qidaları daha tez-tez yeməyə çalışın. Lakin nəzərə almaq lazımdır ki, xaş çox yağlı və "ağır" qidadır.  Xaşı həftədə 1 dəfə yemək kifayətdir. Kisel və jele isə hər gün sizin qidalanmanızda ola bilər.

- Selen mineralı da oynaqların sağlamlığı üçün çox vacibdir. Bu mineral dəniz məhsullarının (midiya, krevet), kokosun, braziliya qozun tərkibində çoxdur. Həmçinin bu mineral sarımsağın, yumurtanın, treska balığın, dəniz yosunların tərkibində var.

- Kalsium da oynaqlar üçün çox vacib mineraldır.

Kalsium mənbələri: kəsmik, pendir, şor, qatıq.

Oynaqlarınız ağrıyırsa, qidalanmanızda hisə verilmiş, qızardılmış, konservləşdirilmiş qidaları, pomidor, badımcan kimi tərəvəzləri, qırmızı əti (mal, qoyun əti) azaltmaq lazımdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Vüqar Qurbanov bu xanımı baş həkimTƏYİN ETDİ - FOTO
Həkim sirri sayılan məlumat vətəndaşdan icazəsiz   verilə     biləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Ramiz Mehdiyevin kürəkəninin iddiası     rədd       olundu