Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101644
az

Türkiyə ilə İran arasında 10 müqavilə imzalanıb

20:5024 Yanvar, 2024
345
DÜNYA
  • A

Türkiyə ilə İran arasında enerji, azad zonalar, media, mədəniyyət, dəmir yolu nəqliyyatı və sürücülük vəsiqələrinin qarşılıqlı tanınması kimi məsələləri əhatə edən 10 müqavilə imzalanıb.

Oxu24.com xəbər  verir  ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan İran prezidenti ilə Prezident Külliyesində görüşüb.

Daha sonra iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci Toplantısından sonra müxtəlif müqavilələrin imzalanma mərasimi başlayıb.


Ərdoğan və prezidentin iştirakı ilə ölkələr arasında 10 müqavilə imzalanıb. İmzalanan sazişlər aşağıdakılardır:

"- Türkiyə Elektrik Transmissiya A.Ş. (TEİAŞ) və İran Şəbəkə İdarəetmə Şirkəti (IGMC) arasında Əməliyyat Sazişi

- Türkiyə Respublikasının Ticarət Nazirliyi və İran İslam Respublikasının Azad Ticarət, Sənaye və Xüsusi İqtisadi Zonaları Ali Şurası arasında Azad Zonalar sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu

- Türkiyə Respublikası Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsi ilə İran İslam Respublikası Rəyasət Heyətinin Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media və kommunikasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu

- Türkiyə Respublikasının Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə İran İslam Respublikasının Yollar və Şəhərsalma Nazirliyi arasında Dəmir Yolu Nəqliyyatı üzrə Çərçivə Sazişi

- Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi ilə İranın Elm və Texnologiya üzrə vitse-prezidenti arasında elmi, sənaye və texnoloji əməkdaşlığa dair Anlaşma Memorandumu

- 2025-ci il Qarşılıqlı Mədəniyyət İli ilə bağlı Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında əməkdaşlıq niyyəti haqqında Bəyannamə

- Türkiyə Respublikasının Polis Akademiyası ilə İran İslam Respublikasının Əmin Polis Universiteti arasında Anlaşma Memorandumu

- Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsinə dair Anlaşma Memorandumu

- Türkiyə Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında Silahlı Uçuş Təhlükəsizliyi Zabitlərinin Təyinatı üzrə Anlaşma Memorandumu

- Türkiyə Respublikasının Enerji və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Neft Nazirliyi arasında enerji sektorunda əməkdaşlığa dair Anlaşma Memorandumu”.

 

Müəllif:Nigar

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bəşər Əsədin iqamətgahı ələ keçirildi - VİDEO
Gürcüstanda etirazlar YENİDƏN ALOVLANDI
Ermənistanın müharibə cinayətləri barədə yeni hesabat təqdim ediləcək

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı
Daha tez-tez yerkökü və pomidor yeyin