Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101637
az

Doğum günündə Şəhid olan əsgər

20:0924 Yanvar, 2024
556
ÖZƏL BÖLÜM
  • A

Hüseyn Xanməmmədov 1985-ci ilin 20 sentyabrında Zaqatala rayonu Qımır kəndində dünyaya göz açıb. Hüseyn həqiqi hərbi xidmətdən sonra könüllü olaraq MAXE kimi hərbi xidmət sıralara qayıdıb.


Hüseyn Xanməmmədov 44 günlük Vətən müharibəsində də iştirak edib. Döyüşdə yaralanan hərbçimiz sağaldıqdan sonra yenidən hərbi xidmətə qayıdıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəsur döyüşçü” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən əvvəl təltif edilib.

Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan əsgər Hüseyn Mais oğlu Xanməmmədov Zaqatalada dəfn edilib. O, öz doğum günündə torpağa tapşırılıb.

Müddətli həqiqi hərbi qulluqçumuz anası ilə sonuncu telefon danışığında “Ana, bir azdan toya gedirik. İnşallah konstitusiya quruluşumuzu təmin edib gələcəyik” deməklə fikrini tamamlayıb.

Qeyd edək ki, şəhidimiz ailəli olub, iki oğul övladı var.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Hüseyn Mais oğlu Xanməmmədov ölümündən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi