Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101621
az

Afətdən Flora Kərimovaya şok sözlər: "Ondan olmayan oğlu Floradan utansın..."

17:5124 Yanvar, 2024
1733
ŞOU-BİZNES
  • A

Xəbər verdiyimiz kimi, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək. Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsini və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.

Oxu24.com xəbər  verir  ki, Bununla bağlı AzVision.az -a danışan A. Fərmanqızı bildirib ki, hazırda bal ayındadır və məhkəmənin qərarından xəbərsizdir:

Fərmanqızı Flora Kərimovaya 10 min ödəyəcək...
 

- İndi bal ayındayam, dincəlirəm. Məhkəmə ilə bağlı işlərlə maraqlanmıram. Yoldaşım vəkil tutub, bununla o məşğul olur. Sizdən xəbər tutdum ki, Flora xanıma 10 min manat ödəməliyəm. Qanun qarşısında boynumuz qıldan incədir. Flora xanım üçün 10 min nədir ki, saçının telinə qurban olsun. Pul bir məndədir, bir də ingilisdə. (gülür)

Bilirsiniz ki, ailə qurub Rusiyaya köçmüşəm. Yoldaşım belə şeylərlə maraqlanmağa qoymur. Çalışıram ki qalmaqaldan uzaq durum. Ancaq mahnılarım üzərində çalışıram. “Gedirəm" adlı yeni klipim çıxıb.

Yeri gəlmişkən, “Salam yetir Qarabağa” adlı mahnı buraxdım. Bir jurnalist onunla bağlı yazmadı. Şimali Kiprə getmişdm. Orada hamı toy mahnısını oxuyanda mən həmin mahnını oxudum. Orada dedilər ki, bunu niyə oxuyursan ki? Belə mahnı ilə toy tutmayacaqsan. Dedim, ruzini verən Allahdır. Allah elə etdi ki, o mahnım geniş yayıldı, sevildi. Sözümün canı odur ki, sənətlə bağlı olanda biriniz də yığıb soruşmursunuz.

- Sənətə həmişə meydan var... Yeri gəlmişən, Flora xanım sizdən ondan üzr istəmənizi də tələb etmişdi. Belə bir şey olacaqmı?
- Gördüyünüz kimi üzürü təmin etməyiblər. Üzür istəməyəcəm. Pul istəyir, pulunu verərik. Ancaq iş bununla bitmir. Məhkəmənin qərarından apellyasiya şikayəti də verə bilərəm. Bir sözlə, bu məhkəmələr çox çəkəcək. Ona kimi də ya xan ölər, ya eşşək . (gülür)

- Bəlkə, hər ikiniz külüngü yerə qoyasınız. İki ilə yaxındır ki, bu çəkişmələr davam edir...
 

-Ay bacı, mən heç həyatda onu görməmişəm. Məni söyüb, mən də onu söymüşəm. Zeynəb Xanlarovanı niyə söymürəm. Dəliyəm ? Flora məni söyüb, deyib ki, Afət kişilərin artığıdır. Mən də cavabımda demişəm, “sənsən, sənin qızındır, var-yoxundur”. O, məndən üzür istəməyənə qədər onu söyəcəm. Lap ölənə kimi. Mənə deyib oğlun səndən utanmırmı? Ondan olmayan oğlu Floradan utansın. Məni təhqir etsə, 50 qatını edəcəyəm.

Sən demə, Flora Kərimova onu-bunu təhqir edib sonra da məhkəməyə verməklə pul qazanır. Heç narahat deyiləm, fanatlarımın özləri o pulu ödəyəcək.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Elçin Cəfərov bəstələrini bu qiymətə satır
Afət Flora Kərimovanı oğlunun toyuna çağırdı - VİDEO
Puqaçovanın qızı mülklərini satır

“WhatsApp”da yeni funksiya aktivləşir

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Zirəddindən sensassion açıqlama:"Rasim suda deyil,öldürülüb..."
Gəncənin küçələri bərbad vəziyyətdədir - SAKİNLƏR ŞİKAYƏT EDİR
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Polis əməkdaşları tərəfindən xeyli silah-sursat aşkarlandı - VİDEO