Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
10160
az

“Qızım intihar etməyib, onu öldürüb sonra asıblar”

16:5721 Fevral, 2019
811
KRİMİNAL
  • A
 Füzulidə 2 ayın gəlininin ölümü ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılsa da, mərhumun atası hadisənin intihar olmadığını iddia edir

Vəkil Osman Kazımov: "Şəkillərdə izlərin özünü asmaya xarakterik olmadığı görünür”

"Qızımın ölümü ilə bağlı intihar həddinə çatdırma maddəsi ilə cinayət işi açılıb. Ancaq ekspert də, vəkil də deyir ki, onun bədənində xəsarət izləri var. O, fiziki təzyiqə məruz qaldıqdan sonra asılıb”. Bunu Oxu24.com saytına açıqlamasında Füzuli rayon sakini Valeh Şahverdiyev deyir. O bildirir ki, qızı 2 ay əvvəl ailə həyatı qurub və hərbçi həyat yoldaşı ilə Horadiz şəhərində yaşayıb. Afət Şahverdiyeva fevralın 8-də evdə asılmış vəziyyətdə tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Valeh Şahverdiyev isə bildirir ki, qızının özünü öldürməsinə inanmır və deyir ki, hadisə olan zaman Afətin həyat yoldaşı evdə olub: "Həyat yoldşı əslən Naxçıvandandır. Prokuror onu buraxıb ki, günahı yoxdur. Ancaq hadisə 15 dəqiqənin içərisində baş verib. Onlar birlikdə evə daxil olublar. Sonradan isə polisə zəng edilib ki, Afət özünü asıb. Mən evə daxil olanda prokuror da, polis rəisi də orada idi. Meyiti yerə uzatmışdılar və onun üzərində xəsarətlər var və meyitin başı üstündə durmurdu. Əri məni görən kimi qaçıb getdi. Prokurorluqda ondan izahat alıb buraxıblar. Prokuror deyir ki, hələlik əlimdə sübut yoxdur deyə, heç nə edə bilməz”.

Valeh Şahverdiyev deyir ki, hələlik ekspertizanın yekun rəyi yoxdur: "Beyləqanda ekpert məndəıən soruşdu ki, ər-arvad arasında münaqişə olubmu? Dedim ki, bilmirəm, olubsa da, bizə deməyib. Amma mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər evə, 15 dəqiqə sonra bu hadisə baş verib. Meyitin şəkillərinə baxanda görünən izlər də onun özünü asmadığını deməyə əsas verir”.

Faktla bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş kimi tanınan ailənin vəkili Osman Kazımovdur. Osman Kazımov bildirib ki, yeni müqavilə bağlayıb və hazırda cinayət işi materialları ilə tanış olur. Osman Kazımov bildirir ki, ona meyitin şəkilləri təqdim olunub: "Şəkillərdə görünür ki, meyitin üzərində xəsarət izləri var. Boğulma da özünü asmaya xarakterik deyil. Çünki özünü asma zamanı yuxarı dartınma olur və ağırlıq aşağı düşür. İlgək yuxarıya doğru qalxır. Amma şəkillərdəki vəziyyət buna uyğun deyil. Hazırda iş ekspertizadadır və ekspertizanın yekun rəyinə əsasən dəqiq fikir söyləmək olar”.
Baş Prorkurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov Bizimyol.info saytına bildirib ki, dünyasını dəyişən şəxsin öldürülməsi ilə bağlı qohumlarında hər hansı şübhə və ya iddia varsa, bu barədə müvafiq rayon prokurorluğuna məlumat verməlidirlər.(bizimyol)
Tarix: Bu gün, 15:35 Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda 15 yaşlı qız intihar etdi
Zaqatalada daha bir yeni doğulan körpə öldü
Bakıda gözəllik salonunda qadını ürəyindən bıçaqlayıb öldürdülər -DETALLAR

Bakıda sərnişinlər avtobus sürücülərinə tort hədiyyə etdi- Foto

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Çimnaz Sultanovanın dəfni
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Ramiz Mehdiyevin qızına şikayət etmək    icazəsi     verildi