Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101534
az

Medvedev çoxqütblü dünyaya keçidin sürətini qiymətləndirib

12:4323 Yanvar, 2024
135
DÜNYA
  • A

Beynəlxalq münasibətlərin çoxqütblü sistemi hazırda yenicə formalaşır və belə bir dünya modelinə keçid tez olmayacaq.

 

Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ASEAN-a üzv ölkələrin siyasi partiyalarının nümayəndələri ilə görüşündə bildirib.

 

Onun sözlərinə görə, ASEAN-a üzv dövlətlər müsbət dövlətlərarası gündəliyin təşviq edilməsini fəal şəkildə müdafiə edirlər. Eyni zamanda, onların siyasi kursu gələcəyə yönəlib, Medvedev vurğulayıb.

“Bizim vəzifəmiz bunu mümkün qədər tez etməyə çalışmaqdır. Baxmayaraq ki, bizim səylərimiz həmişə bəzi ölkələr tərəfindən düzgün şəkildə qəbul edilmir”, - Rusiya Federasiyası Təhlükəsizlik Şurasının rəhbərinin müavini bildirib.

O əlavə edib ki, bəzi ölkələr çoxqütblü dünyanın formalaşmasına müqavimət göstərir. Söhbət ilk növbədə dünyaya hökmranlıq iddiasında olan dövlətlərdən gedir.

Yanvarın 18-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov 2023-cü ilin yekunlarına dair mətbuat konfransı keçirərək, ölkənin ən yaxın müttəfiqlərini sadalayıb. Bunlara Qətər, İran, Səudiyyə Ərəbistanı, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daxildir.

Bundan əlavə, xarici siyasət idarəsinin rəhbəri Moskvanın regional strukturlarla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. Xüsusilə, bu, ASEAN və Ərəb Dövlətləri Liqasına aiddir.

Bundan əvvəl BMT çoxqütblü dünyanın formalaşması imkanlarını qiymətləndirmişdi.

 

Müəllif:Afət

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistan Rusiya və İrana qarşı sanksiyalardan narahatdır
Rusların intensiv hücumları boşa çıxdı: Ukrayna ordusu 62 hücumu dəf etdi
İstanbuldan Dəməşqə 12 ildən sonra ilk uçuş

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi