Gəncədə bıçaqlanaraq qətlə yetirilən 11-ci sinif şagirdi Raul Rəhimovun dərsə davamiyyəti yaxşı olub.
Oxu24.com-un məlumatına görə, o, səhər saatlarında dərsə gedən zaman məktəbin qarşısında 1 bıçaq zərbəsi ilə ağır xəsarət alıb.
Məktəbli ağır halda Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlərin göstərdikləri yardımlara baxmayaraq, o ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Fərid adlı şəxsin yaxınlarından biri 8 nömrəli məktəbin əməkdaşı olub, sonradan yaşla əlaqədar işindən çıxıb.
Hadisəni törədən şəşxsin digər məktəblərdən birində oxuduğu bildirilir.
Hazırda hadisə ilə bağlı araşdırmalar davam etdirilir. (rEPORT)
Oxu24.com
ŞƏRHLƏR