Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101520
az

Hər insan gündə 2 litr su içməlidirmi?

11:4623 Yanvar, 2024
185
  • A

Son zamanlar dietoloqlar arıqlamaq üçün aclıqla susuzluğu səhv salmamaq barədə danışır və insanlara ac olanda əvvəlcə bir stəkan su içməyi tövsiyə edir.

Oxu24.com  xəbər verir ki, avropalı həkim, tibb elmləri doktoru Enci İkin orqanizmin susuzluqla aclığı səhv salmadığını bildirib.

"Susuzluq zamanı ağızda quruluq yaranır, aclıq zamanı isə qarında qurultu və mədədə boşluq hissi olur.

O ki, qaldı 2 litr suya. Bu heç bir sübutla təsdiq edilməyən rəqəmdir. Susuzluq hər insan üçün fərdi əmsaldır.

Su içməyi yayda çox isti olduqda və hamiləlik zamanı artırmaq lazımdır.

Əslində isə orqanizmi aldada bilməzsiz, hər gün su içməyə alışmış insan susuzluğu hiss edir.
Eləcə də bütün idman zallarında hər kəs butulla gəzir və hər yerdə dispenser var.

İnsanlar elə düşünür ki, məşq zamanı güclü tərləmə olduğu üçün maye itkisi var və bunun yerini doldurmaq üçün məşqdən sonra su içməlidir.

Hətta məşqə görə də əlavə çox su içmək zərərli ola bilər, elə-belə su içmək olmaz, orqanizminizə qulaq asın. Su balansını tənzimləmək üçün 1 stəkan su kifayətdir.

Dieta saxlayanlar arıqlamaq üçün suya üstünlük verməsin. Suyun iştahı kəsdiyi barədə fikir özünü aldatmaqdan başqa bir şey deyil.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Kilosu 1 manata satılır, üzünə baxan yoxdur - Nə qədər tıxanmış damar varsa, hamısını açır
Ən yaxşı səhər yeməyi - Xolesterolu aşağı salır

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi